Yazını böyüt
Yazını kiçilt
"Bərdə rayonunda, xüsusilə kəndlərdə 32 ilkin tibbi xidmət məntəqəsinin açılması planlaşdırılır".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bugünkü iclasında deyib.
Deputat qeyd edib ki, onlardan ikisi artıq fəaliyyət göstərir. O, Bərdə şəhərində keçirilən pilot layihələrə diqqət çəkib. Bildirib ki, o təcrübədən yararlanaraq digər rayonlarımızda da belə tibbi məntəqələr açılacaq.
“Bu sahədə fəaliyyət göstərən qurumlar düzgün yoldadırlar. Yaxın vaxtlarda bunun müsbət nəticəsini görəcəyik"-deputat deyib.